satellite   Azerspace-1: 11135 H 30000

Seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası təsdiqlənib

Seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası təsdiqlənib

Milli Məclisə növbədənkənar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası təsdiqlənib.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, yekun protokollar Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə, habelə mövcud seçki qurumlarının sayına uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə hər bir seçki komissiyası üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Milli Məclis Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM