satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə məsləhətləşmələr aparıb.

Naxçıvan televiziyası bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.

Görüş zamanı tərəflər Cənubi Qafqazda və qonşu regionlarda mövcud vəziyyəti müzakirə ediblər.

Nazirlər müavinləri Avropa İttifaqı və NATO məsələləri, ATƏT-dəki vəziyyət və Avropa Şurasının regional fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli və beynəlxalq mövzulara toxunulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM