satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib - FOTOLAR

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib<font color=red> - FOTOLAR</font> Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib<font color=red> - FOTOLAR</font>

Noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, komitə sədri Azər Əmiraslanov iclası açaraq, gündəlik barədə məlumat verib. Bildirib ki, gündəlikdə olan iki məsələdən biri Toğrul Nəcəfəli oğlu Əliyevin, Gülər Azər qızı Paşayevanın, Əli İsmayıl oğlu Əhmədovun və Vüsal Cahangir oğlu Xəlilovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri təyin edilməsi, ikinci məsələ isə Rəşad Temraz oğlu Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqındadır.

Komitə sədri Mərkəzi Bankın İdarə Heyətinin təşkili prinsiplərindən söz açıb və təqdim olunan namizədlərin tələblərə cavab verdiyini deyib. Namizədlərin peşəkarlıqlarından danışan Azər Əmiraslanov Mərkəzi Bankda yüksək vəzifə tutan bu şəxslərin idarə heyətinə daxil edilmələrinin qurumun funksionallığının artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Müzakirədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, deputatlar Heydər Əsədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Aydın Hüseynov, Əlibala Məhərrəmzadə və Rövşən Muradov çıxış ediblər. Deputatlar Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təqdim olunan namizədlərin bank və maliyyə sektorunda fəaliyyətlərini, beynəlxalq iş təcrübələrini yüksək qiymətləndiriblər.

Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva göstərilən etimada görə namizədlərin adından minnətdarlıq ifadə edib, komitə üzvlərinə onların namizədliklərini dəstəklədiklərinə görə təşəkkürünü bildirib.

Müzakirələrin sonunda komitə üzvləri hər iki məsələni baxılmaq üçün Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM