Aleksey Overçuk: “Şimal-Cənub dəhlizi Şimal, Şərq və Qlobal Cənub arasında əlaqəni gücləndirir”

Aleksey Overçuk: “Şimal-Cənub dəhlizi Şimal, Şərq və Qlobal Cənub arasında əlaqəni gücləndirir”

Şimal-Cənub qitəmizin şimal regionları, Şərq və Qlobal Cənub ölkələri arasında təkmilləşdirilmiş əlaqəni təmin edən əsas istiqamətdir.

NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskvada MDB İqtisadi Şurasının 104-cü iclasının kuluarlarında jurnalistlərə bildirib.

"Rusiya hökumətinin mayda formalaşan yeni tərkibində ilk dəfə nəqliyyat və nəqliyyat-logistika komponentlərinə cavabdeh olan Baş nazirin müavini vəzifəsi yaradılıb. Şimal-Cənub Avrasiya qitəsinin şimalı, Şərq və Qlobal Cənub ölkələri arasında əlaqəni təmin edən ən vacib istiqamətlərimizdən biridir. Əsas diqqət cənuba yeni marşrutların və beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasına və inkişafına yönəldilib", - A.Overçuk vurğulayıb.

Hökumət başçısının müavini qeyd edib ki, Rusiya həmçinin Xəzər dənizinin sahili boyunca Rusiya, Azərbaycan ərazisindən İrana qərb marşrutunu da fəal şəkildə inkişaf etdirir.

"Bu istiqamətdə çox fəal şəkildə iş aparılır. Bundan əlavə, burada artıq avtomobil marşrutu - Rusiya və İran sərhədlərini Azərbaycan vasitəsilə birləşdirən müasir yol fəaliyyət göstərir. Bu yol artıq işləyir və Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Hökumət beynəlxalq sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi və modernləşdirilməsinə böyük diqqət yetirməyə davam edir", - o vurğulayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM