Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Mərakeş institutu arasında Anlaşma Memorandumu imzalanıb - FOTOLAR

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Mərakeş institutu arasında Anlaşma Memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font> Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Mərakeş institutu arasında Anlaşma Memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font> Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Mərakeş institutu arasında Anlaşma Memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font>

Noyabrın 29-da Mərakeşin Tancə şəhərində beynəlxalq MEDays Forumu çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Mərakeşin Amadeus İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

NUHÇIXAN xəbər verir ki, sənədi BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Amadeus İnstitutunun prezidenti İbrahim əl-Fasi əl-Fəhri imzalayıblar.

Memoranduma əsasən, BMTM ilə Amadeus İnstitutu arasında qarşılıqlı faydalı əməkdaşlığın reallaşdırılması nəzərdə tutulub.

F.Şəfiyev iki ölkə arasında ortaq mədəni və tarixi yaxınlığın olduğunu vurğulayaraq, Mərakeş institutu ilə keçirilən görüşün və imzalanan sazişin tərəflər arasında yeni əməkdaşlıq perspektivlərinin açılmasına töhfə verəcəyinə inamını ifadə edib.

Amadeus İnstitutunun prezidenti İbrahim əl-Fasi əl-Fəhri imzalanan sənədin əhəmiyyətindən danışıb. Qeyd edib ki, memorandum çərçivəsində müştərək proqramlar icra olunacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM