satellite   Azerspace-1: 11135 H 30000

Murat Kurum: Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır

Murat Kurum: Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır

Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır.

Naxçıvan televiziyası “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhər və iqlim naziri Murat Kurum Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş COP16 çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə deyib.

O, keçən ay uğurlu ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib: “COP16 və COP29-da qəbul olunmuş qərarların tətbiqi istiqamətində birgə çalışaraq yaxşı gələcək üçün güclü addımlar atacağımıza inanıram”.

Xatırladaq ki, daha əvvəl Səudiyyənin paytaxtında BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyasının (COP16) işə başladığı bildirilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM