2020-2024-cü illər ərzində Suriyadan Azərbaycana repatriasiya olunmuş vətəndaşların sayı 172 nəfəri uşaq və 52 nəfəri qadın olmaqla çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”na uyğun olaraq 2024-cü il ərzində də Azərbaycan vətəndaşlarının repatriasiyası davam etdirilib.
"1990-cı illərdən etibarən Türkiyəyə köçmüş və hazırda orada yaşayan Azərbaycan vətəndaşı olması ehtimal olunan şəxslər, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş şəxslərin ailə üzvləri ilə bağlı müvafiq iş davam etdirilib, digər tədbirlərlə yanaşı, müvafiq müraciətlər əsasında 3567 ədəd ümumvətəndaş pasportu çap olunub, onlardan 3461-i vətəndaşlara təqdim edilib. Həmçinin Suriyada Əsəd rejiminin çökməsindən sonra orada Azərbaycan vətəndaşlarının dəqiq sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır",-məlumatda qeyd edilib.