satellite   Azerspace-1: 11135 H 30000

“Haber Global”: Azərbaycan diplomatik gücünü göstərdi, Moskva vurulan təyyarəyə görə üzrxahlıq etdi - VİDEO

Azərbaycan yürütdüyü şəffaf diplomatiya sayəsində lazımi nəticəni əldə etdi.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu fikirlər Türkiyənin “Haber Global” televiziyasında yayımlanan süjetdə əksini tapıb.

Qeyd olunub ki, bununla da Azərbaycan bir daha beynəlxalq arenadakı diplomatik gücünü nümayiş etdirdi.

Vurğulanır ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi qarşısında rəsmi Moskva AZAL təyyarəsinin qəzasına görə məsuliyyətini etiraf etməyə məcbur qaldı.

Süjetdə dekabrın 25-dən indiyədək təyyarə qəzası ətrafında baş verən proseslərə toxunulub.

“Azərbaycan Rusiyadan gözlədiyi rəsmi üzrü aldı. Prosesin bundan sonrakı hissəsi necə olacaq, onu zaman göstərəcək”, - süjetdə bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM