satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib

Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib

Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığına əsasən, Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə, dekabrın 30-da ölkəmiz tərəfindən müxtəlif qida və ərzaq məhsullarından ibarət humanitar yardım karvanı 10 ədəd yük avtomobili vasitəsilə Bakı şəhərindən yola salınıb.

Naxçıvan televiziyası xəbər verir ki, ümumi çəkisi 200 tona yaxın olan humanitar yardımın Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Türkiyə-Suriya sərhədindəki “Çobanbey” keçid məntəqəsinə çatdırılması planlaşdırılır.

Sözügedən yardımın Suriya Ərəb Respublikasının İdlib şəhərində Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Başqanlığının (AFAD) dəstəyi ilə ünvanı üzrə paylanması nəzərdə tutulur.

Yardım karvanının yola salınması mərasimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM