Ayxan Hacızadə: Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur

Ayxan Hacızadə: Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur

Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirilib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.

XiN rəsmisi deyib ki, nümayəndə heyəti keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçirib:

"Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Bildiyiniz kimi, Azərbaycanın Suriyada səfirliyi 2012-ci ildən fəaliyyət göstərmir. Hazırda Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi də sözügedən görüşdə müzakirə olunur".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM