satellite   Azerspace-1: 11135 H 30000

ANAMA: Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib

ANAMA: Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı illik məlumat yayıb.

ANAMA-dan Naxçıvan televiziyası-a verilən məlumata görə, azad olunan ərazilərdə il ərzində 2372 tank əleyhinə mina, 4 min 286 piyada əleyhinə mina, 59 min 163 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 62 min 23 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM