satellite   Azerspace-1: 11135 H 30000

Polşa Azərbaycana təyyarə qəzasının səbəblərini araşdırmaq üçün texniki dəstək təklif edib

Polşa Azərbaycana təyyarə qəzasının səbəblərini araşdırmaq üçün texniki dəstək təklif edib

Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb.

Bu barədə Naxçıvan televiziyası-a Xarici İşlər Nazirliyindən bildirilib.

Radoslav Şikorski Polşa tərəfinin faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə hazır olduğu bildirilib.

Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib.

Qeyd edək ki, 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskinin də olduğu təyyarə Smolensk-Severnı aerodromunda müəmmalı şəkildə qəzaya uğramışdı. Prezident və Polşanın ali dövlət strukturlarının rəhbərləri də daxil olmaqla təyyarədə olan 96 nəfərin hamısı ölmüşdü. İstintaq araşdırmaları qəzanın kənar müdaxilə səbindən baş verdiyini sübut edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM