satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə mediası: Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edib - FOTOLAR

Türkiyə mediası: Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edib<font color=red> - FOTOLAR</font> Türkiyə mediası: Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edib<font color=red> - FOTOLAR</font>

Türkiyə mediası Azərbaycan Prezidenti İlham Əliyevin qəzaya uğrayan AZAL təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri, eləcə də sağ qalan bələdçilər ilə görüşündə səsləndirdiyi fikirləri geniş işıqlandırıb.

Naxçıvan televiziyası xəbər verir ki, qardaş ölkənin media orqanları Azərbaycanın Liderinin ölkə vətəndaşlarının həlak olmasında Rusiya nümayəndələrinin təqsirinin olması ilə bağlı sözlərini sitat gətirib. Eyni zamanda, Prezident İlham Əliyevin ədalətin təmin edilməsi və faciə ilə bilavasitə əlaqəsi olan bütün şəxslərin cəzalandırılması ilə bağlı tələblərinə diqqət çəkilib. Azərbaycanın qəza ilə bağlı tam şəffaflıq və insani davranış tələb etdiyi vurğulanıb.

Bildirilib ki, “Embraer 190”ın “qara qutu”larının Braziliyaya göndərilməsi barədə məlumat veriblər ki, bu da Bakı-Qroznı reysində 38 sərnişinin həyatına son qoyan qəzanın obyektiv şəkildə araşdırılmasına imkan verəcək.

Materiallarda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan dövlətinin başçısına üzrxahlıq etdiyi də xatırladılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM