İtaliyalı senator 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

İtaliyalı senator 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciuliomaria Terzi Di Sant’Aqata 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib.

NUHÇIXAN xəbər verir ki, italiyalı senator paylaşımında Azərbaycanın Xarici İşlər Nazirliyinin 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı yaydığı bəyanatındakı fikirlərə, həmçinin faciəyə dair faktlara yer verib.

Senator bildirir ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı qanlı qətliam törədilib. Ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 Yanvar hadisələri nəticəsində 150 mülki şəxs qətlə yetirilib, 744 nəfər ağır yaralanıb, 4 nəfər itkin düşüb.

Ciuliomaria Terzi Di Sant’Aqata qeyd edib ki, bu amansız qətliamın beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsini təmin edib.

Senator vurğulayıb ki, bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda şəhidlər qürurla yad olunur.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM