satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN Beynəlxalq Holokost Qurbanlarını Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN Beynəlxalq Holokost Qurbanlarını Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Holokost Qurbanlarını Anım Günü ilə bağlı paylaşım edib.

Naxçıvan televiziyası xəbər verir ki, məlumat nazirliyin rəsmi "X" sosial media hesabında paylaşılıb.

"27 yanvar - Beynəlxalq Holokost Qurbanlarını Anım Günündə biz bəşər tarixinin ən iyrənc vəhşiliklərindən birinin qurbanlarını xatırlayır və yad edirik.

Biz dini və etnik nifrətə, soyqırımına və insanlıq əleyhinə cinayətlərə qarşı birləşirik və antisemitizmin, ksenofobiyanın bütün formalarına, həmçinin dözümsüzlük təzahürlərinə qarşı çıxırıq", - paylaşımda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM