satellite   Azerspace-1: 11135 H 30000

Ötən həftə azad olunan ərazilərdə 177 mina zərərsizləşdirilib

Ötən həftə azad olunan ərazilərdə 177 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə yanvarın 20-26-da 69 tank əleyhinə mina, 108 piyada əleyhinə mina, 208 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Naxçıvan televiziyası-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 705,6 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM