Deyəsən, Nikol Paşinyan “Mərənd”ə gəlir

Deyəsən, Nikol Paşinyan “Mərənd”ə gəlir

Yanvarın 31-də baş nazir Nikol Paşinyan Karen Dəmirçyan adına idman-konsert kompleksində ilin ilk mətbuat konfransını keçirdi. Bu mətbuat konfransı bir neçə amillə yadda qaldı. Əsasən də, erməni jurnalistin baş nazirə Azərbaycana “maneəsiz keçmə” ilə bağlı veridiyi sualla.

Baş nazirin cavabında həm uyğunsuzluq, həm də etiraf var idi. Sanki nəsə yadına düşür bədəni üşüyürdü. Üşütməsi olan adamında, təbii ki, qızdırması olur. Qızdırması olan adamında həqiqəti dilinin ucunda olur.

Baş nazir deyir ki, tranzit yollardan danışırıqsa, biz də İranın təklif etdiyi şərtləri edirik, amma Ermənistanın yurisdiksiyası çərçivəsində. Görəsən baş nazir hansı onların səlahiyyətlərinə aid olan hüquqi sferadan danışır? Düzdür, vaxtilə Qarabağda da hüquqi sferadan danışıb halay çəkir, viski içirdilər. Amma və lakin, təəssüflər olsun ki, viskinin təsirindən ayılanda özlərini dalana sıxışmış gördülər və bu hadisədən sonra ölkə başçısı cənab İlham Əliyev tərəfindən adları “Dalan” ölkə qaldı.

Amma insaf dinin yarısıdır. Erməni baş naziri özü etiraf edərək belə dedi: “Mən deyəndə ki, Qarabağ heç vaxt müstəqil olmayıb. Oranı heç bir xarici ölkə tanımayıb, Azərbaycanın tərkibində olub… Məsələ tam sübut və isbat olundu ki, Qarabağ heç zaman müstəqil olmayıb. Və bu da son!”

Baş nazirə üç tərəfli bəyanatı imzaladığı zaman hansı vəziyyətdə olduğu haqda ünvanlanan suala isə belə cavab verdi: “Mənim başıma heç kəs silah dayamayıb və təhdid edən də olmayıb. Əgər mən üçtərəfli bəyanata imza atmasaydım itkilərin sayı üç misli qədər çox, əsrlərin sayı isə 25 min nəfərdən artıq olacaqdı. Gedin minnətdar olun ki, bu cəsarəti özümdə tapıb o sənədə imza atdım”.

Əslində, həqiqətə baxanda Nikol Paşinyana erməni xalqı sağlığında heykəl ucaltmalıdır. Çünki o, erməni qəsbkar quldur və təcavüzkar əlisilahlı hərbçilərini II Qarabağ zəfərində Azərbaycan əsgərinin caynağından “başına silah dayanmadan” alıb. Onun etiraflarında da bəlli olur ki,  əgər Ermənistan kapituliyasiya aktına imza atmasaydı, faciənin miqyası onun statistikasında da betər olacaqdı.

Ümid edir və səbirlə gözləyirik ki, Ermənistan xarici havadarların qucağından düşüb özünə isti olmasa da, sərin yuva qurar. Ağlını başına yığıb Azərbaycanın bütün təklifləri ilə razılaşsa, həm erməni əhalisi, həm də bölgə üçün qaynar həyat başlayar. Düzdür, onlar səmimi qonşuluğa layiq olmasalar da, Azərbaycan hər zaman öz tolerantlığını sərgiləyəcək. Ermənistan rəhbərliyi isə bu qısa müddətdə qəti qərar qəbul etməli, aslanın pəncəsindən yaxa qurtarmaq üçün əlinin dalını masaya qoymağı bacarmalıdır. Necə ki bunu baş nazir Nikol Paşinyan edərək “Mərənd”ə gəlir!

 

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM