satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Latviya XİN başçısı ilə telefon danışığı aparıb

Ceyhun Bayramov Latviya XİN başçısı ilə telefon danışığı aparıb

3 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Baiba Braje arasında telefon danışığı baş tutub.

XİN-dən Naxçıvan televiziyası-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcud əlaqələr gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM