Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizlənib

Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan NUHÇIXAN-a verilən məlumata görə, azad olunan ərazilərdə yanvar ayı ərzində 257 tank əleyhinə mina, 505 piyada əleyhinə mina, 1497 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 3583,8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM