satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin görüşündən danışıb

Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin görüşündən danışıb

Türkiyə - Azərbaycan- Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında keçirilən görüş Türk dünyası dövlətləri arasında əməkdaşlığa rəsmi Ankaranın verdiyi dəyərin təzahürüdür.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O bildirib ki, Türk dünyası böyük mütəfəkkir İsmayıl Qaspiralının “dildə, əməldə, işdə əməkdaşlıq” prinsipinə böyük önəm verir.

Dövlət başçısı əməkdaşlığın inkişaf edəcəyinə ümidini ifadə edib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirləri yanvarın 29-da Ankarada görüşüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM