satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan XİN: İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir

Ermənistan XİN: İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər davam etdirilir və sülh sazişinin hazırlanması prosesində də müsbət dinamika müşahidə olunur.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan “Armenpress”ə müsahibəsində deyib.

“Həqiqətən çox yaxın olduğumuz sülh sazişinin tamamlanmasına, müsbət dinamikanın mövcud olduğu delimitasiya prosesinin irəliləməsinə və kommunikasiyaların açılmasına yanaşmalarımız konstruktivdir və davamlı sülhün əldə olunmasına yönəlib”, - o qeyd edib.

P.Hovhannisyan bildirib ki, bu prosesi dəstəkləmək üçün bütün tərəfdaşlarla iş davam edir.

“Əlbəttə, biz nəticə əldə edəcəyimizə inanmalıyıq”, - o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM