satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN başçısının müavini Somalidə səfərdədir

Azərbaycan XİN başçısının müavini Somalidə səfərdədir

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Somalidə səfərdədir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Somalinin Türkiyədəki səfirliyinin X hesabında məlumat verilib.

"Somalinin xarici işlər üzrə dövlət naziri Əli Ömər və ölkənin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Əli Mohamed bu gün Moqadişo beynəlxalq hava limanında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüblər", - məlumatda qeyd olunub.

Moqadişoya ikigünlük səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti müxtəlif rəsmilərlə görüşlər keçirəcək və iki ölkə üçün qarşılıqlı maraq doğuran çoxsaylı mövzuları müzakirə edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM