1988-2024-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 18 850 nəfər qəsdən öldürülüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunub.
Bildirilib ki, 1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb, 4435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib.