satellite   Azerspace-1: 11135 H 30000

Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət edib

Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət edib

Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və onu ölkəsinə dəvət edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.

"Bu gün Bakıda əziz qardaşım Prezident İlham Əliyevlə gözəl görüş keçirdim. Mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə ona təşəkkür etdim", - Ş.Şərif yazıb.

Siyasətçi qeyd edib ki, bu gün Bakıda aparılan danışıqlar xüsusilə ticarət, enerji və müdafiə sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı olub.

“Məmnuniyyətlə bildirirəm ki, biz Pakistanda qarşılıqlı faydalı layihələrə 2 milyard ABŞ dolları məbləğində Azərbaycan investisiyalarından ibarət portfelin yaradılması üçün də geniş müzakirələr aparmışıq və mən tarixi investisiya sazişlərinin imzalanması üçün əziz qardaşım Prezident Əliyevin bu ilin aprelində Pakistana səfərini səbirsizliklə gözləyirəm”, - o yazıb.
Ş.Şərifin sözlərinə görə, Bakıda tərəflər regional sülh və tərəqqiyə töhfə verən Pakistan-Azərbaycan strateji tərəfdaşlığını gücləndirmək əzmində olduqlarını bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM