satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova: Rusiyada Heydər Əliyevin xatirəsi qorunur

Zaxarova: Rusiyada Heydər Əliyevin xatirəsi qorunur

Rusiyada Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin irsinə hörmətlə yanaşır, onun görkəmli dövlət xadimi kimi xatirəsini qoruyurlar.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

O xatırladıb ki, 2023-cü ildə Moskva və Rusiyanın digər şəhərlərində onun anadan olmasının 100 illiyi münasibətilə xatirə tədbirləri keçirilib, hazırda isə Rusiyada H.Əliyevin abidəsinin təməlinə simvolik daş qoyulub.

"Ucaldılacaq abidə ölkələrimiz üçün mühüm mədəni-humanitar hadisə olacaq", - M.Zaxarova qeyd edib və yeni birgə layihələrin gözlənildiyini əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM