satellite   Azerspace-1: 11135 H 30000

Fərid Mansurov: Tarixi torpaqlarmızda idman yarışlarının keçirilməsinin sevindirici haldır

Fərid Mansurov: Tarixi torpaqlarmızda idman yarışlarının keçirilməsinin sevindirici haldır

Bu gün fəxr olunası və qürurverici anlar yaşayırıq.

NTV xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, tarixi torpaqlarımızda idman yarışlarının keçirilməsinin sevindirici hal olduğunu bildirib: "Bunun nümunəsi olaraq, kanoe və avarçəkmə “Prezident Kuboku 2025” beynəlxalq reqatası təşkil olunub. Bu turnirin keçirilməsi həm də Azərbaycan idmanına bir töhfədir. Eyni zamanda kanoe və avarçəkmə idmanın tanınmasına və inkişafına böyük təsir göstərir. Bütün bunlar gənclərin idmana olan marağına səbəb olur. Belə bir yarışın Suqovuşanda keçirilməsi böyük qürurdur".

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM