satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Küveyt Vəliəhdini regiondakı vəziyyətlə bağlı məlumatlandırıb

Ceyhun Bayramov Küveyt Vəliəhdini regiondakı vəziyyətlə bağlı məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveytə səfəri çərçivəsində Vəliəhd Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah ilə görüşüb.

NTV  xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycanda Küveyt Dövləti arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf istiqamətləri müzakirə olunub.

Danışıqlar zamanı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə diqqət yetirilib.

Tərəflər xüsusilə iqtisadi inkişaf, ticarət, investisiyalar, enerji təhlükəsizliyi və turizm sahələrində mövcud əməkdaşlıq imkanlarından istifadənin zəruriliyini vurğulayıblar.

Müzakirələr zamanı, həmçinin, Birgə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının bu tərəfdaşlığın sonrakı inkişafındakı rolu qeyd edilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vəliəhd Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahı Cənubi Qafqazda vəziyyət, eləcə də postmünaqişə dövründə aparılan bərpa işləri və əsasən də Azərbaycanın sülhün bərqərar olunması istiqamətindəki səyləri barədə məlumatlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM