satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Türkiyənin COP31-ə ev sahibliyi namizədliyini alqışlayır

Azərbaycan Türkiyənin COP31-ə ev sahibliyi namizədliyini alqışlayır

Azərbaycan qardaş Türkiyənin 2026-cı ildə COP31-ə ev sahibliyi üçün namizədliyini irəli sürməsini böyük məmnuniyyətlə alqışlayır.

NTV-nin  verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev İzmir şəhərində keçirilən Azərbaycan–Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.

O xatırladıb ki, Türkiyənin iqlim gündəliyinə verdiyi töhfələr, qəbul etdiyi mühüm qərarlar və regional liderliyi bu məsuliyyətli rolu uğurla həyata keçirə biləcəyinə olan inamı artırır.

"COP29 sədrliyi olaraq biz bu yolda Türkiyəyə uğurlar arzulayırıq", - deyə M. Babayev vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM