satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Əldə etdiyimiz sülh, həmçinin Azərbaycan dövlətinin və xalqının nailiyyətidir

Paşinyan: Əldə etdiyimiz sülh, həmçinin Azərbaycan dövlətinin və xalqının nailiyyətidir

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxış edib.

NTV erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan Ermənistan ilə Azərbaycan arasında əldə olunmuş sülhü yüksək qiymətləndirərək bildirib: “Əldə etdiyimiz yeni sülhün bu gün 1 ay 22 günü tamam olur. Biz bu sülhün qayğısına qalmalıyıq, qorumalıyıq ki, daha da möhkəmlənsin”.

Sülhün əldə olunmasında Azərbaycanın rolunu xüsusi qeyd edən Paşinyan deyib: “Mən məmnunluqla qeyd edirəm ki, bu gün Ermənistan ilə Azərbaycan arasında sülh var. Amma mən deyə bilmərəm ki, bu yalnız Ermənistan hökumətinin və erməni xalqının xidmətidir. Bu eləcə də, Azərbaycan dövlətinin və Azərbaycan xalqının nailiyyətidir. Əgər Azərbaycan tərəfinin də əzmi olmasa idi, sülh də olmazdı. Bu, eyni zamanda, Azərbaycan və Ermənistan parlamentlərinin nailiyyətidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM