satellite   Azerspace-1: 11135 H 30000

Şavkat Mirziyoyev: Özbəkistanla Azərbaycan arasındakı qardaşlıq bağları xalqlarımızın tərəqqisinə xidmət etməkdədir

Şavkat Mirziyoyev: Özbəkistanla Azərbaycan arasındakı qardaşlıq bağları xalqlarımızın tərəqqisinə xidmət etməkdədir

Şübhəsiz ki, Özbəkistan ilə Azərbaycan arasında mövcud olan ortaq qardaşlıq, bizi birləşdirən möhkəm dostluq bağları, müntəzəm xarakter almış ali səviyyəli səmərəli dialoqlarımız qardaş xalqlarımızın ümumi tərəqqisinə xidmət etməkdədir.

NTV xəbər verir ki, bu fikir Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Özbəkistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb.

Şavkat Mirziyoyev qeyd edib ki, xüsusilə son illərdə dövlətlərarası münasibətlərimizin tamamilə yeni tarixi mərhələyə, müttəfiqlik səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktik ifadəsi kimi dəyərləndirilə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM