satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan Prezidenti: Biz dünyanın güclü dövlətləri ilə əməkdaşlığı davam etdirməliyik

Özbəkistan Prezidenti: Biz dünyanın güclü dövlətləri ilə əməkdaşlığı davam etdirməliyik

Qədim ticarət mərkəzlərindən biri kimi tanınan Qəbələdə olmaqdan qürur duyuram. Bu qədim diyarın tarixi, mədəni irsi və inkişaf potensialı bizə türkdilli ölkələr arasında əməkdaşlığın dərin köklərə malik olduğunu bir daha xatırladır.

NTV xəbər verir ki, bu sözləri Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə görə səmimi təşəkkürünü bildirib.

“Ermənistanla imzalanmış bəyannamə regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində mühüm addımdır. Bu nailiyyət Azərbaycanın siyasi iradəsinin və liderliyinin bariz göstəricisidir.

Biz dünyanın güclü dövlətləri ilə əməkdaşlığı davam etdirməli və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın regionda sabitlik və tərəqqi uğrunda göstərdiyi səyləri yüksək qiymətləndirməliyik. Hesab edirəm ki, qarşılıqlı əməkdaşlığımız çərçivəsində daha sıx və müntəzəm görüşlər keçirilməlidir. Bu, bizim siyasi dialoqumuzun intensivləşməsinə və ortaq hədəflərimizin reallaşmasına əlavə təkan verəcək”, - deyə Şavkat Mirziyoyev əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM