satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanın xarici işlər naziri: TDT ümumi maraqların təşviqi üçün ən mühüm platformadır - FOTOLAR

Qazaxıstanın xarici işlər naziri: TDT ümumi maraqların təşviqi üçün ən mühüm platformadır<font color=red> - FOTOLAR</font> Qazaxıstanın xarici işlər naziri: TDT ümumi maraqların təşviqi üçün ən mühüm platformadır<font color=red> - FOTOLAR</font>

Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ərəfəsində keçirilən xarici işlər nazirlərinin iclasında iştirak edib.

NTV-nin Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, nazirlərin görüşündə TDT çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, aktual beynəlxalq və regional problemlər üzrə fikirlərin sinxronlaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Ermek Koşerbayev çıxışında mövcud geosiyasi və geoiqtisadi vəziyyət fonunda TDT-nin artan rolunu vurğulayıb. “Bu gün TDT ümumi maraqların, birgə təşəbbüslərin təşviqi və qlobal miqyasda əlaqələndirilmiş mövqelərin inkişaf etdirilməsi üçün həlledici platformadır”, - deyə o bildirib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəhbəri görüş iştirakçılarını Türk dünyasında iqtisadi əməkdaşlığın əsas elementinə çevrilmək potensialına malik olan Türk İnvestisiya Fondunun tezliklə fəaliyyətə başlamasına çağırıb. O, həmçinin qardaş ölkələri Astanada yerləşən Mərkəzi Asiyanın ilk superkompüterinin və bu yaxınlarda istifadəyə verilmiş “Alem.AI” Beynəlxalq Süni İntellekt Mərkəzinin potensialından yeni ideyalar və innovasiyalar üçün başlanğıc platforması kimi istifadə etməyə dəvət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM