satellite   Azerspace-1: 11135 H 30000

Şavkat Mirziyoyev: Orta Dəhliz biznes dairələri üçün ən əlverişli şəraiti təmin etməlidir

Şavkat Mirziyoyev: Orta Dəhliz biznes dairələri üçün ən əlverişli şəraiti təmin etməlidir

Biz hamımız Türk dövlətləri arasında nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin və beynəlxalq tranzit dəhlizlərinin inkişafı sahəsində əlaqələndirilmiş siyasətin aparılmasının zəruriliyini dərindən dərk edirik.

NTV Özbəkistan Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, bu barədə Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə bildirib.

Dövlət başçısı Orta Dəhlizin ardıcıl inkişafı ilə bağlı planları dəstəklədiyini bildirib. “Əsas odur ki, bu dəhliz rəqabətqabiliyyətli olsun. O, biznes dairələri üçün ən əlverişli şəraiti təmin etməlidir. Bu baxımdan, biz optimal tranzit tariflərinin tətbiqinə, müasir nəqliyyat infrastrukturunun inkişafı layihələrinin həyata keçirilməsinə, rəqəmsal gömrük prosedurlarının tətbiqinə böyük əhəmiyyət veririk”, - deyə Ş.Mirziyoyev bildirib.

Ş.Mirziyoyev vurğulayıb ki, Orta Dəhliz tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və perspektivli Trans-Əfqan Dəhlizi ilə birləşdirildiyi təqdirdə, geniş regionda çoxsahəli strateji avtomobil yolları sistemi yaratmaq mümkün olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM