satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub

Almaniyada Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub

Almaniya Parlament Cəmiyyətində Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.

O, qeyd edib ki, Almaniya Parlament Cəmiyyətində nüfuzlu hökumət nümayəndələrinin, Bundestaqın, analitik mərkəzlərin və aparıcı KİV-lərin iştirakı ilə maraqlı müzakirə keçirilib. "Biz dəyişən regional və qlobal dinamika şəraitində sülhün, sabitliyin və qarşılıqlı əlaqənin möhkəmlənməsində Azərbaycanın mühüm rolunu müzakirə etdik", - H.Hacıyev qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM