satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Ağbənd-Kəlalə avtomobil körpüsü iki ölkə arasında nəqliyyat əlaqələrinə mühüm töhfə verəcək

Nazir: Ağbənd-Kəlalə avtomobil körpüsü iki ölkə arasında nəqliyyat əlaqələrinə mühüm töhfə verəcək

2024-cü ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 650 milyon ABŞ dolları təşkil edib. Tərəflər ticarət əlaqələrinin artırılması istiqamətində müzakirələr aparıblar. Çünki mövcud göstəricilər ölkələr arasındakı potensialı tam əks etdirmir.

NTV xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə deyib.

“Hazırda Ağbənd-Kəlalə avtomobil körpüsünün inşası davam etdirilir və layihənin 2026-cı ildə tamamlanması nəzərdə tutulur. Bu körpü iki ölkə arasında nəqliyyat və kommunikasiya sahələrində əlaqələrə mühüm töhfə verəcək”, - deyə nazir əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM