satellite   Azerspace-1: 11135 H 30000

Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb - FOTOLAR

Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb<font color=red> - FOTOLAR</font> Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

NTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Türkmənistanın daimi neytrallığının 30 illiyi münasibətilə təbriklərini bu ölkənin dövlət başçısına çatdırıb.

Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına və təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Türkmənistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM