satellite   Azerspace-1: 11135 H 30000

Qreq Laflin: Mən Heydər Əliyevi Orta Asiyanın Corc Vaşinqtonu adlandırıram

Qreq Laflin: Mən Heydər Əliyevi Orta Asiyanın Corc Vaşinqtonu adlandırıram

“1994-cü ildə Nyu-Yorkda konfrans zamanı Prezident Heydər Əliyevi çıxış etməzdən əvvəl təqdim etməyimi istədilər. Mən onun haqqında oxudum. Kimsə mənə onun tərcümeyi-halı və çox təsirli keçmişi haqqında məlumat verdi. O, Brejnev illərində Siyasi Büroda olan yeganə qeyri-rus idi. Onun Azərbaycanı Sovet İttifaqından ayırmaq üçün apardığı siyasi fəaliyyəti məni heyran etdi”.

NTV AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri keçmiş amerikalı konqresmen Qreq Laflin Azərbaycanın ABŞ-dakı Səfirliyində keçirilən tədbir zamanı çıxışında deyib. O, Heydər Əliyevi Orta Asiyanın Corc Vaşinqtonu adlandırdığını bildirib. Keçmiş konqresmen Ulun Öndərin vəfatından sonra Vaşinqtonda keçirilən anım tədbirini xatırladıb və orada çıxış etdiyini deyib.

“Mən hər kəsə onu Corc Vaşinqtona bənzətdiyimi xatırlatdım. Onun etdiklərinə baxanda müəyyən oxşarlıqların olduğunu görürük. Təbii ki tam eyni deyil. Çünki, heç bir iki ölkə eyni deyil. Amma bu gün sizə deyə bilərəm ki, Rusiyanın heç bir yerindən keçməyən Bakı-Ceyhan boru kəməri Heydər Əliyev olmasaydı, mövcud olmazdı. Mən bu ölkəni sevirəm. İnsanlar çox mehribandır. Dini cəhətdən tolerantdır və bu bir çox ölkələrdə yoxdur”,- deyə konqresmen əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM