satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ilə Somalinin diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilib

Azərbaycan ilə Somalinin diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

NTV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qeyd edək ki, sənəd 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanıb. Sazişin əsas məqsədi iki dövlət arasında diplomatik münasibətlərin inkişaf etdirilməsi və rəsmi səfərlərin sadələşdirilməsidir. Sazişə əsasən, hər iki ölkənin etibarlı diplomatik pasportlara malik vətəndaşları qarşılıqlı olaraq viza tələbindən azad edilir, digər dövlətin ərazisinə daxil olmaq, oradan çıxmaq və ya tranzit keçmək hüququna malikdirlər və hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə orada qala bilərlər. Eyni zamanda, 90 gündən artıq müddətdə qalmaq niyyətində olan vətəndaşların qəbul edən tərəfin milli qanunvericiliyinə uyğun olaraq əvvəlcədən viza alması və ya digər tərəfin ərazisində müvəqqəti qalma müddətinin uzadılması üçün icazə əldə etməsi tələb olunur. Saziş, habelə tərəflərin dövlətlərinin ərazisində yerləşən beynəlxalq təşkilatlarda, diplomatik nümayəndəliklərdə və konsulluqlarda fəaliyyət göstərən diplomatik pasport sahiblərinin və onların ailə üzvlərinin hüquqi statusu ilə bağlı məsələləri də tənzimləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM