satellite   Azerspace-1: 11135 H 30000

Natiq Məmmədli: Azərbaycanda dezinformasiya ilə mübarizə sahəsində mexanizmlər artıq formalaşıb

Natiq Məmmədli: Azərbaycanda dezinformasiya ilə mübarizə sahəsində mexanizmlər artıq formalaşıb

Azərbaycanda dezinformasiya ilə mübarizə sahəsində həm parlament komitələri, həm də müxtəlif dövlət qurumları çərçivəsində müvafiq mexanizmlər artıq formalaşıb.

Bu mexanizmlərin daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir və sosial barışın qorunması dövlətin əsas prioritetlərindən biri olaraq qalır.

NTV xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi" mövzusunda keçirilən ictimai müzakirədə söyləyib.

O bildirib ki, Şuşa Qlobal Media forumları artıq bir ənənə və beynəlxalq trend kimi formalaşıb. Prezident İlham Əliyev forumların hər birində iştirak edir və dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərin və media ekspertlərinin suallarını cavablandırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM