satellite   Azerspace-1: 11135 H 30000

Ramil İskəndərli: Vətən müharibəsindən sonra Azərbaycan beynəlxalq münasibətlərdə daha fəal rol oynamağa başlayıb

Ramil İskəndərli: Vətən müharibəsindən sonra Azərbaycan beynəlxalq münasibətlərdə daha fəal rol oynamağa başlayıb

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regional və qlobal informasiya gündəliyində, eləcə də beynəlxalq münasibətlərdə daha fəal rol oynamağa başlayıb. Eyni zamanda, ölkəmizin sülh proseslərində, enerji təhlükəsizliyində və nəqliyyat dəhlizlərinin formalaşdırılmasında əhəmiyyəti xeyli artıb.

NTV xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli söyləyib.

O bildirib ki, belə bir şəraitdə dövlət qurumları öz fəaliyyətini uğurla davam etdirsə də, qeyri-hökumət təşkilatlarının, medianın və digər ictimai institutların rolu xüsusilə vacibdir. Bu baxımdan, əhalinin maarifləndirilməsi, saxta məlumatların ifşası, feyk xəbərlərin aşkarlanması və bu təhlükələrə qarşı koordinasiyalı fəaliyyətin təşkili əsas məqsədlərdən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM