satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur

Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir.

NTV xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası XIV Leoya Tacqoyma Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur, bütün konfessiyalar üçün bərabər şərait yaradılır. “Fəxr edirik ki, Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkandır”, - deyə Prezident İlham Əliyev məktubunda vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM