satellite   Azerspace-1: 11135 H 30000

Elnara Ansari: Azərbaycanda sosial ödənişlər proaktiv qaydada təyin edilir

Elnara Ansari: Azərbaycanda sosial ödənişlər proaktiv qaydada təyin edilir

Azərbaycanda sosial ödənişlər proaktiv qaydada təyin edilir.

NTV xəbər verir ki, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Elnara Ansari Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası( WUF13) çərçivəsində təşkil olunmuş "Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Dəyirmi Masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə sosial ödənişlər artıq vətəndaşlardan əlavə müraciət və sənəd tələb olunmadan proaktiv qaydada təyin edilir:

"Sosial xidmətlərdə tətbiq olunan bu proaktiv yanaşma beynəlxalq səviyyədə də maraqla qarşılanır və digər ölkələr tərəfindən öyrənilir".

E.Ansari yekunda inklüziv və əlçatan şəhər konsepsiyasının təşviqinin davam etdirildiyini vurğulayıb:

"Əlçatanlıq yalnız fiziki infrastruktur yox, həm də bərabər iştirak deməkdir. Azərbaycan regionda belə sistemi tətbiq edən ilk ölkələrdəndir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM