satellite   Azerspace-1: 11135 H 30000

Fuad Hüseynov: Qarabağ dünyanın mina ilə ən çox çirkləndirilmiş ərazilərindən biridir

Fuad Hüseynov: Qarabağ dünyanın mina ilə ən çox çirkləndirilmiş ərazilərindən biridir

Qarabağ və Şərqi Zəngəzur ekspertlər tərəfindən dünyanın minalarla ən çox çirkləndirilmiş ərazilərindən biri kimi qiymətləndirilib.

NTV xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Miqrasiya və Şəhərlər: təhlükəsiz, innovativ və davamlı idarəetmə çərçivəsi" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan işğal dövründə Azərbaycan ərazilərindəki yaşayış məntəqələrini tamamilə dağıdıb:

"Ermənistan mina xəritələrini tam şəkildə təqdim etməkdən imtina edir. Bunun nəticəsidir ki, 2020-ci ildən indiyədək mina partlayışları nəticəsində yüzlərlə insan ya həlak olub, ya da ağır yaralanıb".

F.Hüseynov əlavə edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda ağıllı kənd, ağıllı şəhər, yaşıl enerji və müasir urbanizasiya konsepsiyaları əsasında yaşayış məntəqələri qurulur:

"Qısa müddət ərzində 12 rayonda 91 yaşayış məntəqəsinin, o cümlədən 11 şəhərin Baş planı təsdiqlənib Bu, Yaxın Şərq regionunda memarlıq və urbanizasiya təcrübəsində nadir və unikal hallardan biridir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM