satellite   Azerspace-1: 11135 H 30000

Həsən Suver: "Sıfır Tullantı" layihəsi sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə xeyir verilib"

Həsən Suver: "Sıfır Tullantı" layihəsi sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə xeyir verilib"

"Sıfır Tullantı" layihəsi sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə xeyir verilib.

NTV xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Həsən Suver Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dövrənin qapanması: tullantıların idarə edilməsinin iqtisadi təsiri" adlı tədbirdə deyib.

H. Suverin sözlərinə görə, idarə oluna bilməyən tullantılar xüsusilə həssas şəhər ərazilərində həm ekoloji, həm də ciddi sosial risklər formalaşdırır: "Müntəzəm olaraq toplana bilməyən və nəzarətsiz şəkildə atılan tullantılar metan qazı emissiyasını artıraraq iqlim dəyişikliyini sürətləndirir, su və torpaq çirklənməsinə səbəb olur. Bununla yanaşı, əhalinin azgəlirli təbəqəsi və həssas qruplar sağlamlıq problemləri və xidmətlərə qeyri-bərabər çıxış imkanları səbəbindən bu fəsadlardan daha çox mənfi təsir görürlər. Türkiyə tullantı iyerarxiyasını və dairəvi iqtisadiyyat prinsiplərini siyasətinin mərkəzinə yerləşdirir.

O bildirib ki, əsas prioritet "sıfır tullantı" yanaşması çərçivəsində tullantıların hələ yaranmadan qarşısının alınması, yarananların isə yenidən istifadə və təkrar emal yolu ilə iqtisadiyyata qaytarılmasıdır: "2017-ci ildə başladılan "Sıfır Tullantı" layihəsi artıq qlobal bir ekoloji hərəkata çevrilib".

Eyni zamanda, H. Suver layihənin qazandığı uğurları və əldə olunan statistik göstəriciləri bölüşüb: "2017-ci ildə 13 % olan təkrar bərpa göstəricimiz mərhələli artımla 2025-ci il etibarilə 37,53 %-ə yüksəlib. Bu göstəricinin 2035-ci ildə 60 %-ə, 2053-cü ildə isə 70 %-ə çatdırılması hədəflənir. İndiyədək sıfır tullantını bir həyat tərzinə çevirmək məqsədilə 28 milyon insana xüsusi təlimlər keçirilib. Layihənin başlanğıcından 2025-ci ilin sonuna qədər olan müddətdə 36,1 milyon ton kağız-karton, 10,2 milyon ton plastik, 3,5 milyon ton şüşə, 9,6 milyon ton metal və 30,6 milyon ton orqanik və digər təkrar emala yararlı tullantı olmaqla, ümumilikdə 90 milyon ton tullantı nazirliyimizdən lisenziya alıb müəssisələr tərəfindən emal edilərək iqtisadiyyata qazandırılıb".

Nazirlik rəsmisinin fikrincə, toplanan tullantıların təkrar emalı sayəsində ölkə iqtisadiyyatına 365 milyard türk lirəsi xeyir verilib, 54 milyon ailənin bir illik elektrik ehtiyacına bərabər olan 2700 milyard kilovat-saat enerji qənaəti, İstanbulun iki illik su istehlakına bərabər olan 2 trilyon litr su qənaəti olub: "Türkiyədəki bütün avtomobillərin bir illik yanacaq istehlakından daha çoxuna bərabər olan 60 milyard litr neft qənaəti təmin edilib və təxminən 55 min futbol meydançası böyüklüyündə ərazinin tullantı poliqonuna çevrilməsinin qarşısı alınıb. Bundan əlavə, Türkiyədəki meşələrin 17 %-nə bərabər olan 613 milyon ağacın kəsilməsi önlənib, təxminən 36 milyon avtomobilin illik karbon emissiyasına bərabər olan 180 milyon ton istixana qazı emissiyasının qarşısı alınıb".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM