satellite   Azerspace-1: 11135 H 30000

Emin Hüseynov: Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" layihələri əsas yer tutur

Emin Hüseynov: Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" layihələri əsas yer tutur

Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" layihələri əsas yer tutur.

NTV xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Baş planlar elə tərtib olunur ki, əsas obyektlər bir yerdə cəmlənsin və insanlar üçün əlverişli olsun:

"Milli, mədəni və tarixi irsimizi qorunması da bərpa və quruculuq işlərində vacib yer tutur. Həmçinin müasir iş yerləri və ləyaqtli yaşayışın təmin edilməsi önəmlidir".

E.Hüseynov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə "yaşıl zona" prinsipi tətbiq edilir:

"Fərdi yaşayış evlərinin üzərində günəş panelləri yerləşdirilir, ikitərəfli sayğaclar tətbiq olunur. Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisinin mənbəyi alternativ enerji mənbələrindən qaynaqlanır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM