satellite   Azerspace-1: 11135 H 30000

UN-Habitat: Qlobal Cənubda insanların maaşları ev qiymətləri ilə müqayisədə çox azdır

UN-Habitat: Qlobal Cənubda insanların maaşları ev qiymətləri ilə müqayisədə çox azdır

Qlobal Cənub ölkələrində insanların maaşları ev qiymətləri ilə müqayisədə çox azdır.

NTV xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, xüsusilə fərdlər üçün mənzil maliyyələşməsi, eləcə də bunun infrastruktura inteqrasiyası ön plana çıxır: "Yəni bizə şəhər infrastrukturu lazımdır. Buna görə də, ölkə səviyyəsində mərkəzi hökumətin və ya yerli hökumətlərin rolunun nə olduğunu başa düşməliyik. Maliyyə vəsaitləri adətən milli səviyyədə mövcuddur və mənzil çox bahalıdır. Bu yalnız bəzi ölkələrdə deyil, bütün ölkələrdə belədir. Bütün ölkələrin mənzillər üçün bir növ təşviqi və ya subsidiyası var. Təbii ki, cəmiyyətin subsidiya ehtiyacı olmayan təbəqələri var, lakin böyük əksəriyyətin müəyyən gəlirə və subsidiya dəstəyinə ehtiyacı olur. Məsələ ondadır ki, gəlir boşluğu olduqda daha çox subsidiya lazımdır və Qlobal Cənub ölkələrində vəziyyət məhz belədir, çünki maaşlar evin qiyməti ilə müqayisədə həqiqətən çox aşağıdır".

Qonaq əlavə edib ki, burada yerli hökumətin də rolu var: "Strateji planımızda biz şəhərsalma və maliyyədən danışırıq. Biz çoxsəviyyəli idarəetmədən və yerli hökumətin rolundan bəhs edirik. Həmçinin yerli hökumətin maliyyə müstəqilliyinə və maliyyə imkanlarına sahib olmasının niyə vacib olduğunu vurğulayırıq. Biz sadəcə ev tikmirik, evə aid olan hər şeyi bir-birinə bağlamaq yerli hökumətin vəzifəsidir. Biz yaşayış məskənləri qururuq, ona görə də xidmətlərə, iş yerlərinə və imkanlara çıxışımız, yaxınlığımız olmalıdır. Bizə mobillik sistemləri, nəqliyyat sistemi, ictimai məkanlar, icma mərkəzləri lazımdır. Bunlar yerli hökumət tərəfindən daha yaxşı təmin edilir, çünki onlar icmalara daha yaxındırlar və yerli resursları səfərbər edə bilirlər. Beləliklə, biz ölkələrlə birlikdə uzunmüddətli perspektivdə yaşaya biləcək və davamlı olacaq mənzil maliyyələşdirmə sistemlərini nəzərdən keçirməli və ya qurmalıyıq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM