satellite   Azerspace-1: 11135 H 30000

Alissa Bankovska: Evlərin təhlükəsiz şəkildə tikilməsi gələcəkdə yarana biləcək risklər baxımından vacibdir

Alissa Bankovska: Evlərin təhlükəsiz şəkildə tikilməsi gələcəkdə yarana biləcək risklər baxımından vacibdir

Biz düşünürük ki, icmaların və yaşayış məkanlarının dayanıqlı inkişaf çərçivəsində inteqrasiyası xüsusi əhəmiyyət daşıyır. Evlərin daha möhkəm, təhlükəsiz və sağlam inşa olunması yalnız bugünkü ehtiyaclar üçün deyil, gələcəkdə yarana biləcək risklər və həssaslıqlar baxımından da vacibdir.

NTV xəbər verir ki, bu barədə Ukraynanın FIABCI-Ukrayna (Beynəlxalq Daşınmaz Əmlak Federasiyası) təşkilatının prezidenti Alissa Bankovska Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Habitat Peşəkarları Forumu Fəlakətdən Sonra Transformativ Bərpa üçün Yeni Qlobal Çərçivəni təqdim edir" mövzusunda keçirilən brifinqdə deyib.

“Şəhərsalma yanaşmaları məhz insanların təhlükəsizliyini, sosial rifahını və uzunmüddətli davamlı inkişafı təmin etməyə xidmət etməlidir. Qdanskda keçirilməsi planlaşdırılan konfrans beynəlxalq əməkdaşlığın genişləndirilməsi, fəlakətdən sonrakı bərpa prosesində innovativ yanaşmaların müzakirəsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma olacaq. Hesab edirəm ki, bu forum bizə təcrübə mübadiləsi aparmaq və transformativ bərpa ilə bağlı yeni imkanlar yaratmaq üçün unikal şərait təqdim edəcək”, - deyə Alissa Bankovska əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM