satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın konfransı çərçivəsində görüşlər keçirib

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın konfransı çərçivəsində görüşlər keçirib

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransı çərçivəsində bir sıra görüşlər keçirib.

Bu barədə NTV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons, Zimbabve Senatının sədri Mabel Memori Çinomona, Parlamentlərarası İttifaqın yeni seçilmiş Baş katibi Anda Filip, təşkilatın vitse-prezidenti Qabriela Moravska-Stanetska, İcraiyyə Komitəsinin üzvü Karen Bredli və Büro sədri Sintia Lopez Kastro, Mərakeş Nümayəndələr Palatasının vitse-spikerləri – Nadia Tuhami və Zaina İd Hali, Mavritaniya parlamentinin sədr müavini Siham Nacem ilə görüşlərdə Qlobal Konfransın qadın parlamentarilər arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Söhbətlər zamanı çoxtərəfli platformaların önəmi vurğulanıb, beynəlxalq parlament təşkilatları çərçivəsində, həmçinin qanunvericilik orqanları arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM