satellite   Azerspace-1: 11135 H 30000

"Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib

"Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib

"Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib.

NTV xəbər verir ki, bu məsələ parlamentin iyunun 19-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

“Ümumi təhsil haqqında” Qanunda dövlət siyasətinin millilik və dünyəvilik prinsipləri əsasında həyata keçirilməsinin daha da gücləndirilməsi məqsədilə qanun layihəsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur.

Belə ki, qanun layihəsinin 12.13-cü maddəsinə əlavə edilən yeni müddəaya əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur. Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur. Hazırda dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün vahid geyim formaları tətbiq edilir. Bu baxımdan, qanun layihəsinə əlavə edilən yeni 24.2.2-1-ci maddəyə əsasən, təhsilalanların geyim forması ilə bağlı müəyyən olunmuş tələblərə riayət edilməsinin valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifəsi kimi müəyyənləşdirilməsi təklif olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM