Azərbaycan "Metrik Konvensiya"ya qoşulacaq.
NTV xəbər verir ki, Konvensiyanın təsdiqi haqqında qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə olunub.
Layihə parlamentin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, Metrik Konvensiya (Metr Konvensiyası) - ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən, qlobal standartlaşdırmanın əsasını qoyan tarixi beynəlxalq müqavilədir və 1875-ci il mayın 20-də Parisdə 17 ölkə tərəfindən imzalanıb.
